Mingəçevirdə avtomobilin vurduğu 3 yaşlı uşaq üç ay sonra ölüb.
Ötən ilin oktyabrın 5-də Tural Şükürov idarə etdiyi VAZ-2112 markalı avtomobil 2020-ci il təvəllüdlü Elgün Kərimovu vurub.
Azyaşlı aldığı xəsarətlərdən Mingəçevir Şəhər Xəstəxanasına yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq, Elgün Kərimov ötən gün xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
///Apa