Avtoritetlər həbs edildi

Avtoritetlər həbs edildi
Bütün Xəbərlər
11:00 12.06.2014
623
Rusiyanın Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş idarəsinin əməkdaşları cinayətkar aləminin liderlərinin və nüfuzlarının "sxodka"sının qarşısını alıb.Azxeber.com-un məlumatına görə, avtoritetlər təsir sahələrinin yenidən bölünməsinin müzakirəsini və pul vasitələrinin yenidən paylaşdırılmasını planlaşdırırdılar. Altı nəfər və 43 yaşlı "qanuni oğru" Gürcüstan sakini "Mamuka Qalskiy" saxlanılıb. O, Rusiya Federasiyasının ərazisində xarici vətəndaşların yaşama rejimini pozub.Rusiya Federasiyasının Ədliyyə Nazirliyi Rusiyanın ərazisində bu insanın olmasını arzu edilməyənlər siyahısına daxil edib. Bununla belə, "Mamuka Qalskiy" saxta pasportla Moskvaya gəlib. O, Rusiya ərazisində ağır cinayətdə şübhəli bilinir.Hal-hazırda polis saxlananlarla profilaktik iş həyata keçirir.
OXŞAR XƏBƏRLƏR