Vurğun Fərəczadənin avtomobilini yüksək sürətlə hərəkət etdirməsi ilə bağlı yaydığı görüntülər Gəncə komandasının rəhbərliyini hiddətləndirib. “Kəpəz” komandası “Neftçi”dən icarəyə götürdüyü Vurğun Fərəczadəni komandadan qovub.
AZXEBER.COM rekord.az-a istinadən verdiyi məlumata görə, bu barədə Gəncə klubunun vitde-prezidenti Nofəl Əzizov açıqlama verib. Onun sözlərinə görə, oyunçunun sosial şəbəkədə avtomobilini yüksək sürətlə hərəkət etdirməsi ilə bağlı yaydığı görüntülər Gəncə komandasının rəhbərliyinin belə bir addım atmağına səbəb olub:
“Vurğunun üzr istəyib-istəməməsi artıq heç nəyi dəyişməyəcək. Biz onunla müqaviləni pozub məxsus olduğu “Neftçi”yə geri göndərmişik”.

