Avtovağzalda parkinqin qiyməti 4 manata çatdı - Açıqlama

Avtovağzalda parkinqin qiyməti 4 manata çatdı - Açıqlama
SOSİAL
10:24 27.09.2017
967
Bakı Beynəlxalq Avtovağzal Kompleksində bu qurumun ərazisinə daxil olan hər bir avtomobil sahibindən müddətindən asılı olmayaraq 1 manat ödəniş tələb edildiyi barədə xəbər vermişdik. 

Əksəriyyət isə vəziyyətdən narazı idi. Narazılığa səbəb ödənişin 5 dəqiqə müddətinə əraziyə daxil olub, sərnişini götürdükdən sonra oranı tərk edənlərə də şamil olunması idi. Ödəniş etməyənlərin yolunu isə şlaqbaum kəsir...
 
Qeyd edək ki, bir müddət öncə Azərbaycan Respublikası prezidentinin İşlər İdarəsinin balansına verilən Bakı Beynəlxalq Avtovağzal Kompleksi yenidən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansına qaytarılıb.
 
AZXEBER.COM xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Yaşar İsakov Modern.az-a avtovağzalın əsas girişində müasir ödəniş qurğuları quraşdırıldığını bildirib:
 
"Parkinqə daxil olan nəqliyyat vasitələri ilk 20 dəqiqə ödənişsiz dayanır. Artıq dayandıqda vaxta görə ödəniş edir.

20 dəqiqədən 2 saatadək – 1 manat;
2 saatdan 3 saatadək – 2 manat;
3 saatdan 6 saatadək – 3 manat;
6 saatdan 24 saatadək – 4 manat.

Avtovağzalın giriş hissələrində bu cədvəl əks olunub”.
 
Y.İsakov qeyd edib ki, sürücülərə təqdim edilən qəbz rəsmi sənəddir:
 
"Avtovağzalın yan hissəsindəki dayanacağa daxil olarkən, sürücülərə qəbz təqdim olunur, onun üzərində 1 manat ödəniş haqqı göstərilir. Bu rəsmi sənəddir  və dövlət büdcəsinə müvafiq vergi ödənilir. Nəzərinizə çatdıraq ki, ərazi Avtovağzal Kompleksinə məxsusdur, ərazinin asfaltlanması, işıqlandırılması, yaşıllıq zolağının salınması, təmizlik işlərinin aparılması, nəqliyyat vasitələrinə nəzarət və həmçinin göstərilən xidmətlərə görə kommunal ödənişlər bu vəsaitlər hesabına aparılır”.
 
Qrurum rəsmisi onu da deyib ki, digər parkinqlərdən fərqli olaraq, yan dayanacaqda nəqliyyat vasitələrinin saxlanmasına vaxtından asılı olmayaraq  12 saatadək 1 manat ödənilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
18:20 07.03.2026
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
18:12 07.03.2026
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
17:53 07.03.2026
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
17:47 07.03.2026
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
17:43 07.03.2026
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
17:21 07.03.2026
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
16:54 07.03.2026
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
16:41 07.03.2026
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
16:37 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
200-dən çox vətəndaşımız Ciddədən təxliyə edildi
16:21 07.03.2026
200-dən çox vətəndaşımız Ciddədən təxliyə edildi
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
15:56 07.03.2026
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
İrandan Azərbaycan sərhədi ilə indiyədək 1797 nəfər təxliyə edilib
15:48 07.03.2026
İrandan Azərbaycan sərhədi ilə indiyədək 1797 nəfər təxliyə edilib
Trampdan İranla bağlı şok açıqlama: Bu gecə onlar…
15:31 07.03.2026
Trampdan İranla bağlı şok açıqlama: Bu gecə onlar…
Avstriyanın səfiri və daha dörd diplomatı İrandan Azərbaycana təxliyə edildi
15:21 07.03.2026
Avstriyanın səfiri və daha dörd diplomatı İrandan Azərbaycana təxliyə edildi
Könül Kərimovanın evi saxta sənədlə başqasına satıldı
15:05 07.03.2026
Könül Kərimovanın evi saxta sənədlə başqasına satıldı
İran birjası ikinci elana qədər bağlı qalacaq
15:03 07.03.2026
İran birjası ikinci elana qədər bağlı qalacaq