Salyan avtovağzalının direktoru bıçaqlanıb. Salyan Rayon Polis Şöbəsinin müstəntiqi Tofiq İsmayılovun APA-ya verdiyi məlumata görə, hadisə bu gün səhər avtovağzalının həyətində qeydə alınıb.Avtovağzalın direktoru Nurəddin Məlikov aralarında yaranan mübahisə zəminində rayon sakini, 1991-ci il təvəllüdlü Məmmədtağı Əhədağa oğlu Əzizov tərəfindən bıçaqlanıb.N. Məlikov Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib.