"AXC - Müsavat hakimiyyəti Laçını müdafiə etmədi, ermənilərin qarşısını ala bilərdilər"

"AXC - Müsavat hakimiyyəti Laçını müdafiə etmədi, ermənilərin qarşısını ala bilərdilər"
SOSİAL
20:17 30.03.2023
154
"Cənab Prezident tamamilə doğru söylədi ki, Laçın həmin zaman kəsiyində hakimiyyət uğrunda mübarizənin qurbanı oldu. Bir tərəfdən Ayaz Mütəllibovun səriştəsiz hakimiyyəti onun Azərbaycan içərisində dayaqlarını tamamilə sarıtmışdı. Xocalı soyqırımı da artıq son damla oldu və ayağa qalxan xalq onu hakimiyyətdən uzaqlaşdırdı”. 

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı Laçının işğal dövründən danışarkən deyib.

Deputat əlavə edib ki, sonradan yenidən hakimiyyətə qayıdan və qayıtdığı kimi də yenidən hakimiyyətdən uzaqlaşdırılan Ayaz Mütəllibovdan sonra faktiki olaraq ölkə idarəolunmaz bir vəziyyətə düşdü:

"Xüsusi olaraq, hakimiyyətə can atan Azərbaycan Xalq Cəbhəsi və Müsavat cütlüyü erməni işğalçılarına qarşı mübarizə aparmadı, Laçını müdafiə etmədi, Laçın da son dərəcə ciddi strateji əhəmiyyət kəsb edən yer idi, çünki Ermənistanı Qarabağla birləşdirən yeganə yol Laçından keçirdi. Burada ermənilərin qarşısını almaq almaq olardı. Ən azı Laçınla Ermənistan arasındakı dağ yolunu adi amunalla partlatmaq mümkün idi ki, əlaqə kəsilsin və separatçılara kömək olmasın. Bu da edilmədi və oradakı müdafiə dəstələri də Bakıya dəvət olundu. Onlar da artıq Bakıda cəmləşdi ki, hakimiyyət uğrunda gedən mübarizənin bir hissəsinə çevrilsinlər və onlardan istifadə olunsun. 

Deputat deyib ki, Laçının işğalı ilə Azərbaycan çox ciddi itkilərə məruz qaldı: 

"Ondan sonra Ermənistan Azərbaycanın ərazisini kütləvi şəkildə işğal etmək üçün bütün imkanları əldə etdi. Nəticə etibarilə, 1993-cü ildə Kəlbəcərin işğalından sonra bir neçə ay ərzində faktiki olaraq ermənilər demək olar ki, Qarabağı və Şərqi Zəngəzuru Kəlbəcər də daxil olmaqla tam işğal edə bildilər. Cəmi bir il ərzində AXC-Müsavat cütlüyü atmış olduqları addımın, yəni Laçını azad etmək əvəzinə hakimiyyət uğrunda mübarizə apararaq ermənilərə geniş imkan yaratmaqla özlərinin hakimiyyətdən çox qısa zaman ərzində getməsini təmin etdilər. Səriştəsizlik, bacarıqsızlıq, hərc-mərclik, anarxiya, vahid komandanın olmaması Azərbaycana böyük faciələr yaşatmağa başladı”. 

Fəzail Ağamalı qeyd edib ki, işğal edilən bütün ərazilər və Laçın kimi ciddi strateji əhəmiyyət kəsb edən rayonumuz da Cənab İlham Əliyevin rəhbərliyi altında Vətənimizə qovuşdu:

"Artıq 92-ci ildən keçən zaman kəsiyində, yəni 28 ildən sonra Azərbaycan Silahlı Qüvvələri bütün ərazilərimizi, eyni zamanda Laçını da işğaldan azad etdi. Xüsusi olaraq əhəmiyyəti tərəfi onda idi ki, Laçını da Kəlbəcər və Ağdam kimi şəhid vermədən azad etdik. Nəhayət, Laçının yolu kəsildikdən sonra Laçın şəhərindən keçən həmin yol Ermənistanla Azərbaycan arasındakı keçid yolu kimi ləğv edildi və Laçın şəhərində sözün həqiqi mənasında Azərbaycan bayrağı dalğalanmağa başladı. Bunu sona çatdıran Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev oldu. İşğal olunmuş olan bütün torpaqlar, eyni zamanda Laçın kimi ciddi strateji əhəmiyyət kəsb edən rayonumuz da Cənab İlham Əliyevin rəhbərliyi altında Vətənimizə qovuşdu. Bu, Ali Baş Komandanın birbaşa xidməti, onun rəhbərliyi altında həyata keçirilən Ermənistana qarşı 44 günlük müharibənin şanlı bir səhifəsi idi”.

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu