“AXC-nin qurulmasında iştirak etmiş böyük şəxsiyyətlərimizin ruhu şaddır” - Gülər Mübariz yazır

“AXC-nin qurulmasında iştirak etmiş böyük şəxsiyyətlərimizin ruhu şaddır” - Gülər Mübariz yazır
SOSİAL
17:08 15.05.2025
879
Dünyada 3 mindən çox xalq var, amma onlardan yalnız 200-ə yaxını müstəqil dövlət qura bilib. Əhalisinin sayına görə Azərbaycandan 10 dəfə böyük xalqlar var ki, hələ də azadlıq, müstəqillik, uğrunda mübarizə aparırlar. O xalqlar bu gün Azərbaycana qibtə ilə baxırlar. Üçrəngli bayrağımızın dünyada, BMT kimi mötəbər qurumun binası önündə dalğalanmasının yaratdığı qürur hissini sözlə ifadə etmək çətindir. Bütün hallarda Azərbaycan millətini, xalqını şanslı, xöşbəxt hesab etmək olar. Bizim Cümhuriyyətimiz və ona rəhbərlik edən güclü liderimiz var. Poetik dillə ifadə etsək, var millətimin imzası imzalar içində!

Bu gün əldə etdiyimiz nailiyyətlərin əsasında, heç şübhəsiz ki, ötən əsrin əvvəllərində babalarımızın apardığı müstəqillik mücadiləsi dayanır. 1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası İstiqlal Bəyannaməsini imzalayaraq Azərbaycanın müstəqilliyini dünyaya bəyan etdi. O möhtəşəm günün, tarixi hadisənin həyatımızdakı rolu o qədər böyükdür ki, onun əhəmiyyətini heç nə ilə müqayisə etmək olmaz. Böyük Rəsulzadənin fikirləri ilə ifadə etsək, cəmi 23 ay ömür sürsə də, istiqlalımız insanlara hürr yaşamağı, azadlığı daddıra bildi. O hürriyyət, o dad ki, onun şirinliyi heç zaman damağımızdan getmədi.

107 il öncə çar Rusiyasının müstəmləkəçilik siyasətinə qarşı çıxaraq, onun buxovlarından xilas olan millətimiz müsəlman Şərqində ilk demokratik dövlət qurdu və adını dünya tarixinə qızıl hərflərlə həkk etdi. Qısa müddət ərzində ilk parlament təsis olundu, hökumət formalaşdı, dövlət atributları təsis olundu. Azərbaycan müstəqil dövlətinin dünyada tanınması üçün diplomatik fəaliyyət gücləndirildi. Xalq hakimiyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verdi, irqi, milli, dini, sinfi bərabərsizliyi aradan qaldırdı. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis olundu. Bakı Dövlət Universiteti, Milli ordu quruldu, Qafqaz İslam Ordusu ilə birlikdə Bakı işğalçılardan azad edildi. Bütün bunların nəticəsi idi ki, beynəlxalq hüququn subyekti kimi özünü təsdiqləyən Azərbaycan Xalq Cümhuriyyəti  1920-ci ilin aprel ayında bolşeviklər tərəfindən devrilsə də, Azərbaycanı bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silə bilmədilər. Müstəqil dövlətçiliyimizin əsaslarını yaradan qurucu babalarımız bizə çox qiymətli miras – müstəqllik, dövlətçilik irsini qoyub getdilər. Müstəqillik şərbətinin dadını bilən, millətçilik təfəkkürünü öləziməyə qoymayan Azərbaycan xalqı 70 ildən sonra yenidən ayağa qalxdı, haqqını tələb etdi, qanı-canı bahasına azadlığınını, müstəqilliyini təmin etdi.

1991-ci ilin 18 oktyabrında "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu və xalqınız XX əsrdə ikinci dəfə öz müstəqilliyini elan etdi. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunub, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.

Təəssüf ki, 1990-cı illərin əvvəllərində Qarabağda baş qaldıran erməni separatçılarının işğalçılıq fəaliyyəti və eyni zamanda ölkədəki siyasi xərc-mərclik, xaos, siyasi səriştəsizlik müstəqilliyimizi təhlükə altına qoymuşdu, dövlət olaraq mövzudluğumuzu itirmək riski qarşısında qalmışdıq. 1993-cü ilin may-iyun aylarında hökumət böhranı özünün pik həddinə çatdı.

Ölkədə vətəndaş müharibəsinin baş verməsi, müstəqilliyin sual altında qalması ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişini qaçılmaz edirdi.  Azərbaycan xalqının tələbi ilə Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyi qorumaq və inkişaf etdirmək mümkün oldu. Qısa zaman ərzində ölkədə xərcmərcliyə son qoyuldu, Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə edildi, iqtisadi və siyasi islahatlar genişləndirildi.

Ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcıları haqqında hər zaman yüksək fikirdə olub. O, Rəsulzadə şəxsiyyətinə böyük hörmət nümayiş etdirib. Ümummilli lider Türkiyəyə səfər edərkən Rəzulzadənin məzarını ziyarət edib, ona ehtiramını nümayiş etdirib. Azərbaycanın dövlətçilik tarixinin əhəmiyyətli mərhələsini təşkil edən AXC-nin tarixinin, Cümhuriyyət liderlərinin Azərbaycan xalqı qarşısında xidmətlərinin müasir Azərbaycan Respublikası üçün qürur mənbəyi hesab edən Ulu öndərin təşəbbüsü ilə 1998-ci ildə Xalq Cümhuriyyətinin yaranmasının 80 illiyi dövlət səviyyəsində geniş qeyd olundu.

Rəsulzadənin bizə miras qoyduğu dövlət Ulu öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində daha da gücləndi, bütövləşdi. Prezident İlham Əliyev də hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin siyasi tariximizdəki rolunu yüksək qiymətləndirib, Cümhuriyyət qurucularına sayqı, ehtiramla yanaşıb.

2007-ci il 25 may tarixində Azərbaycanın paytaxtı Bakı şəhərinin İstiqlaliyyət küçəsində dövlət başçısının təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsi bunun bariz nümunəsidir. Cənab  İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları, o cümlədən 2018-ci ilin respublikamızda "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması dövlətçilik ənənələrinə sadiqlik kimi qiymətləndirilməlidr

Prezident İlham Əliyev bildirib ki, Rəzulzadə xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadimdir.

Azərbaycan xalqı həm çar Rusiyasının, həm Cümhuriyyət, həm sovet dövründə, həm də 1990-cı ildən sonra ermənilərin ardıcıl terroruna, soyqırımına məruz qalıb.

image-5

İlham Əliyev Ali Baş Komandan kimi 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı erməni faşizmi üzərində tarixi qələbə qazandı, AXC Ordusunun başa çatdıra bilmədiyi missiyasını tamamladı. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Üçrəngli Bayrağımızı  işğaldan azad olunmuş Şuşada, Xankəndidə ucaltmaqla cənab Əliyev həm ulu babalarımızın, Cümhuriyyət qurucularımızın, xalqımızın qisasını aldı, həm də gələcək nəsillərə unudulmaz dövlətçilik əmanəti bağışladı.

Bütün bunlar Cümhuriyyət tarixinə, onun liderlərinin xidmətlərinə verilən böyük qiymətdir. Əminliklə söyləmək olar ki, bu gün AXC-nin qurulmasında iştirak etmiş böyük şəxsiyyətlərimizin ruhu şaddır. Biz onların gözləntilərini, arzxularını reallaşdırdıq. Onların bizə  etibar etdiyi, miras qoyduğu dövlətçilik ənənəsi etibarlı əllərdədir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nigeriyada kəndə hücum zamanı ən azı 25 nəfər öldürüldü
19:00 18.08.2026
Nigeriyada kəndə hücum zamanı ən azı 25 nəfər öldürüldü
“Qalatasaray”dan yeni transfer
18:50 18.08.2026
“Qalatasaray”dan yeni transfer
Qalibaf Hörmüz boğazının açılmasının şərtlərini açıqladı
18:39 18.08.2026
Qalibaf Hörmüz boğazının açılmasının şərtlərini açıqladı
Suriyada İES-də partlayış baş verdi - 3 nəfər öldü
18:19 18.08.2026
Suriyada İES-də partlayış baş verdi - 3 nəfər öldü
Rəsmi Kiyev: Rusiyanın ötən gecə Ukraynaya hücumlarında 12 nəfər ölüb
18:05 18.08.2026
Rəsmi Kiyev: Rusiyanın ötən gecə Ukraynaya hücumlarında 12 nəfər ölüb
Bir Azərbaycanın ilk tələbə-texnologiya festivalı – Spark ’26- ya qeydiyyatı açıq elan edir
17:50 18.08.2026
Bir Azərbaycanın ilk tələbə-texnologiya festivalı – Spark ’26- ya qeydiyyatı açıq elan edir
Azərbaycan qərəzli məlumat yaydığına görə CNN-ni məhkəməyə verdi
17:41 18.08.2026
Azərbaycan qərəzli məlumat yaydığına görə CNN-ni məhkəməyə verdi
Füzulidə 16 yaşlı oğlanın meyiti tapıldı
17:32 18.08.2026
Füzulidə 16 yaşlı oğlanın meyiti tapıldı
Azərbaycanda qardaş bacısını maşında öldürdü
17:10 18.08.2026
Azərbaycanda qardaş bacısını maşında öldürdü
Gorusda küçəyə İran şəhərinin adı verildi – Ekspertdən sərt açıqlama
16:59 18.08.2026
Gorusda küçəyə İran şəhərinin adı verildi – Ekspertdən sərt açıqlama
Dövlət Gömrük Komitəsindən sərhəddə yaranan sıxlıqla bağlı - AÇIQLAMA
16:55 18.08.2026
Dövlət Gömrük Komitəsindən sərhəddə yaranan sıxlıqla bağlı - AÇIQLAMA
Prezident təqaüdçiləri evləndi - Hər ikisi 691 bal toplayıb
16:48 18.08.2026
Prezident təqaüdçiləri evləndi - Hər ikisi 691 bal toplayıb
Güzgüyə tez-tez baxmağın səbəbi nədir? – Mütəxəssislərdən açıqlama
16:45 18.08.2026
Güzgüyə tez-tez baxmağın səbəbi nədir? – Mütəxəssislərdən açıqlama
Aqil Ələsgər Türkiyədə “Beynəlxalq Media və Kommunikasiya Mükafatı”na layiq görüldü - FOTO
16:21 18.08.2026
Aqil Ələsgər Türkiyədə “Beynəlxalq Media və Kommunikasiya Mükafatı”na layiq görüldü - FOTO
“Niyə rus bölməsini bitirənlər universitetə daha az balla qəbul olunmalıdırlar?”
16:20 18.08.2026
“Niyə rus bölməsini bitirənlər universitetə daha az balla qəbul olunmalıdırlar?”
Azərbaycan Nəşriyyatları Assosiasiyası Qvadalaxara Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq
16:10 18.08.2026
Azərbaycan Nəşriyyatları Assosiasiyası Qvadalaxara Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq