AXCP-Müsavat çevrəsindən kənarda qruplaşanların daha bir görüşü keçirilib

AXCP-Müsavat çevrəsindən kənarda qruplaşanların daha bir görüşü keçirilib
Bütün Xəbərlər
03:49 17.05.2011
1514

Dünən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev, Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan və Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu arasında görüş keçirilib. 

Ə.Əliyevin APA-ya verdiyi məlumata görə, görüşdə müxalifətin əməkdaşlığı çərçivəsində partiyalar arasında atılan addımlar müzakirə edilib, son vəziyyət dəyərləndirilib, müxalifətdaxili proseslər nəzərdən keçirilib. Eyni zamanda, bu 3 partiya arasında münasibətlərin tənzimlənməsilə bağlı bəzi məsləhətləşmələr aparılıb. Görüşdə İctimai Palatanın tərkibində fəaliyyət göstərən bir qrup şəxsi özündə birləşdirən Vətəndaş Hərəkatının müxalifətin vahid güc mərkəzində birləşməsi təklifi müzakirə edilib və təqdir edilib. 

 

OXŞAR XƏBƏRLƏR