AXCP sədrinin müavini Baş Prokurorluqda şahid qismində dindirilir

AXCP sədrinin müavini Baş Prokurorluqda şahid qismində dindirilir
SİYASƏT
01:19 09.12.2015
1332

Bu gün Fuad Qəhrəmanlı şahid qismində dindirilməsi üçün Baş Prokurorluğa dəvət olunub.

Hüquq-mühafizə orqanlarından APA-ya daxil olan məlumata görə, o, hazırda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilir.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov F. Qəhrəmanlının şahid qismində dindirilıməsi faktını təsdiqləyib.

Qeyd edək ki, F. Qəhrəmanlı Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavinidir.

OXŞAR XƏBƏRLƏR