Günün maraqla gözlənilən ulduz falı şərhləri türkiyəli astroloq Dinçer Günerdən gəlib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, o bugünün bürc proqnozlarını öz "X" hesabında paylaşıb.
Paylaşımda bildirib:
"Normalda çaşqın əhval-ruhiyyədə olduğunuz və dərhal nəticə gözlədiyiniz halda, bu dövrdə "Bu günün sabahı var” deyərək hadisələri daha yavaş və olduğu kimi qəbul edəcəksiniz.
Bu dövrdə sahib olduqlarınıza görə minnətdarlıq duyacaqsınız. Münasibətlərdən danışırsaq, onlar da eyni şəkildə inkişaf edəcək. Qəfil qərarlar və ya impulsiv hərəkətlər olmayacaq.
Təməllər möhkəmlənəcək. Hər şey yavaş-yavaş çiçəklənəcək. Sülh içində irəlilədiyimiz, həyatın ləzzətini içinə çəkdiyimiz, dayanıb mövcud gözəlliklərə diqqət yetirdiyimiz, səpələnmiş şirinliklər dövrüdür".
Oksana