8 uşaq atası: “Ay ərzində 1000 manat xərcim çıxır” - VİDEO

8 uşaq atası: “Ay ərzində 1000 manat xərcim çıxır” - VİDEO
SOSİAL
00:26 25.05.2026
927
İmişlinin Qaragüvəndikli kəndində yaşayan Talıbovlar ailəsində 8 uşaq böyüyür.

AZXEBER.COM xəbər verir ki, onlardan ən böyüyünün 15 yaşı var, ən kiçiyi isə 9 aylıqdır.
16 ilik evlilikdən dünyaya gələn bu uşaqlardan 7-si artıq məktəblidir:

"Əyin-başlarına, dərslərinə vaxtı-vaxtında baxıram. Başa salıram ki, oxumaq lazımdır. O biri uşaqlardan geri qalmasınlar”, - ailənin atası deyir.

Ailənin başçısı deyir ki, 1 ay ərzində ən azı 1000 manat xərcləri çıxır. Dövlətdən 1120 AZN sosial yardım da alırlar:

"Pambıq əkirəm, bir də sosial yardımla təmin edirəm ki, qoy o biri uşaqlardan geri qalmasınlar”.

8 uşağın valideyni olmaq çox çətin olsa da, ailə bu çətinlikdən narazı olmadığını bildirir:

"Onlar güldükcə istəyirsən, sən də güləsən. Ağlayanda da həmçinin. Övladım üçün əlləşib-vuruşuram. İstəyirəm ki, balalarım heç kimin əlinə baxıb pis olmasın. Gücüm çatanı edirəm ki, balam böyüsün, oxusun və gələcəyi olsun.

Daha ətraflı İTV-nin reportajında:

OXŞAR XƏBƏRLƏR