"Ay işığı" restoranında dava düşüb
AZXEBER.COM anspress-ə istinadən xəbər verir ki, dünən Çobanzadə küçəsi, 2405-ci məhəllədə yerləşən “Ay işığı” restoranında qalmaqal baş verib. İnsident zamanı Bakı şəhər sakinləri, 1985-ci il təvəllüdlü Fuad Əzizağa oğlu Kərimli xuliqanlıq zəminində arvadı, 1987-ci il təvəllüdlü Aytən Nizami qızını döyərək xəsarət yetirib. Hadisə ilə bağlı polis araşdıma aparır.