Ayan 5D formatında

ŞOU-BİZNES
09:10 15.02.2011
2031

Soyuq olduğu üçün klip çəkilişini təxirə salan müğənni Ayan havalar isinən kimi çəkilişə start verib. Bu barədə ANS PRESS-ə müğənninin özü məlumat verib. 

“Axır ki, vədini etdiyim klipin çəkilişlərinə başladıq. Klipin bir hissəsi dəniz kənarında çəkilib. Məni “Dəniz” adlanan mahnımda iki fərqli obrazda görəcəksiniz. Geyimlərimlə stilist Roma məşğul olub”, deyə müğənni bildirib. 

Qeyd edək ki, mahnının musiqisi Aygün Bəylərə, sözləri Baba Vəziroğluya məxsusdur. Klipin çəkilişləri davam edir. “Dəniz” klipində Ayan yaşından yaşlı adam obrazı canlandırıb. 

Kilipin rejissoru Orman Çingizoğludur. “Dəniz” 5D formatında çəkilib.

 

OXŞAR XƏBƏRLƏR