Ayaqqabılar sahibləri haqqında nələr deyir?

Ayaqqabılar sahibləri haqqında nələr deyir?
Bütün Xəbərlər
15:32 10.05.2013
3539
İnsanı tanımaq çox çətindir. Çoxlarına görə, kimisə tanımaq üçün onunla söhbət etmək kifayətdir. Amma söhbət əsnasında insan özünü başqa adam kimi göstərə, öz mənfi cəhətlərini gizlədə bilər. Bəzən isə insan, sadəcə, ünsiyyət qura bilmədiyi üçün özünü olduğu kimi təqdim edə bilmir. Bununla yanaşı, söhbət zamanı deyilən sözlər, jestlər, mimikalar səmimi olmaya da bilər.Bütün bunlar onu göstərir ki, söhbət zamanı insanı tanımaq olduqca çətindir. Lakin mütəxəssislər bildirirlər ki, bircə dəfə insanın geyindiyi ayaqqabıya baxmaqla onun xasiyyətini öyrənmək olar.Psixoloq Jalə Həmidli bildirib ki, statistikaya görə, insanların 90 faizinin xasiyyətini geyindiyi ayaqqabıya əsasən, müəyyənləşdirmək olar. Belə ki, ayaqqabının forması, qiyməti, rəngi, vəziyyəti insan haqqında çox şeyi öyrənməyə kömək edir. Ayaqqabını seçərkən insan özü də bilmədən özünü bürüzə verir. Misal üçün, bahalı, tanınmış brendin ayaqqabılarını geyinən insanlar daha yaxşı işlərdə işləyir və yüksək əmək haqqı alırlar. Belə adamlar işgüzar sahədə daha uğurlu olurlar. Parlaq, rəngbərəng ayaqqabıları geyinənlər isə gözlənilməz hərəkətlərə yol verən adamlar olur. Onlar şən əhvalı və həyatsevərliyi ilə fərqlənirlər. Rahat və sadə ayaqqabılar isə sahibinin başqalarını düşündüyünə işarə edir. Belə adamlar başqalarının rəğbətini qazanmağa, onlara yaxşılıq etməyə çalışırlar. Sakit insanlar isə ilk baxışdan narahat görünən ayaqqabı geyinirlər. Əslində isə bu görüntü yalançı olur və ayaqqabı sahibinə narahatlıq gətirmir. Ətrafdakıların fikirlərini özününkündən üstün tutan adamlar təzə görünən ayaqqabı seçirlər.Psixoloqun sözlərinə görə, adətən çanta da ayaqqabıya uyğun seçilir və insan haqqında əlavə informasiya verir. Çantasını tez-tez dəyişən qadınlar özlərini tapmaqda çətinlik çəkirlər. Belə qadınlar özlərindən tez çıxır, deyinir, səbəbsiz dava salır, konfliktə meylli olurlar: "Sakit, səbirli qadınlar isə bir çantanı uzun müddət istifadə edirlər. Çanta köhnələndə və ya qadının əhvalı, həyatında nəsə, misal üçün, fəsil dəyişəndə başqasını alırlar".Həmsöhbətitmizin sözlərinə görə, balaca və bəzəksiz olan çantaların sahibləri isə qənaətcil, öz xeyrini güdən və hər şeyi planlaşdıran olurlar. Belə qadınlar özlərinə əmindirlər. Ümumiyyətlə, çantanın balaca olması qadının nə dərəcə özünə əmin olduğunu göstərir: "Böyük çantaları seçən xanımlar isə özünə əmin olmurlar. Düzdür, bəzi hallarda içərisinə çoxlu əşya qoymalı olduğu üçün qadınlar böyük çantaları seçə bilərlrə. Orta ölçülü çantanı isə rahatlığı sevən xanımlar alır. Çantası ilə ayaqqabısını düzgün uyğunlaşdıran və dəst şəklində alan xanımlarsa dəbə çox fikir verirlər".Müsahibimiz əlavə edib ki, dabanı yumru və ya kvadrat formasında ayaqqabı geyinən xanımlar daim tələsir, hər yerə vaxtında çatmağa, işlərini tez görməyə can atırlar. Onlar çox enerjili olur, enerjisini müxtəlif xarakterli və çoxlu işlər görmək üçün tükətməyə hazırdırlar. Onlar pul qazanmağı sevir və bunun yollarını bilirlər. Karyerada başqalarına nisbətən daha tez uğurlar əldə edirlər: "Rahatlığı, stabilliyi sevir və malik olduqlarını itirmək istəmirlər. Lakin onlar çox asanlıqla çoxlu pul xərcləyir və istədiklərini əldə etmək üçün qənaət etmirlər. Belə qadınlar zəhmətkeş olur, onların enerjili həyat ritmini isə saxlamaq çətindir".Ucu şiş olan və nazik hündür dabanı ilə seçilən ayaqqabıları daha çox diqqət mərkəzində olmağı sevən xanımlar geyinir. Belə qadınlar baxımlı olur və özlərinə qiymət verirlər. Ucu şiş ayaqqabını sevənlər daim çalışırlar ki, hamı onların xarici görünüşü və dəbli geyimi haqqında danışıb onlara fikir versinlər. Belə xanımlar çox uğurlu olsalar belə daim narazı olur və əldə etdikləri ilə qane olmurlar:"İdman üslubunda və ya çox hündür platformalı ayaqqabıları sevən xanımlar isə hələ də axtarışdadırlar. Onlar özlərini tapmayıblar. Bu səbəbdən də ətrafdakıları öz görünüşü ilə təəccübləndirməyi xoşlayırlar. Ola bilsin ki, onlar belə ayaqqabılarla yanaşı çox qeyri-adi biçimdə və rəngdə olan geyim də geyinsinər. Belə ki, qeyri-adi geyim tərzi ilə onlar ətrafdakıların diqqətini çəkmək istəyirlər".//milli.azJ.Həmidlinin məsləhətinə görə, insanı daha yaxşı tanımaq üçün yalnız ayaqqabının quruluşuna, rənginə və dabanının hündürlüyünə deyil, həm də ayaqqabının hansı materialdan hazırlanmasına fikir vermək lazımdır. Təbii dəridən olan ayaqqabılar ilk növbədə sahibinin özünə çoxlu pul xərcləməsəni göstərir. Onlar özlərinə çox baxır və rahatlığı qiymətləndirirlər. Maddi imkanı aşağı olanlar isə dermantindən olan ayaqqabıları alırlar. Belə ayaqqabıları çox bəyəndiyi üçün alanlar da olur: "Zamşadan olan ayaqqabılar isə sahibinin səliqəli, mehriban olduğuna işarə edir. Belə ayaqqabıları sevən xanımlar ev işlərini sevir və vaxtlarının çox hissəsini buna sərf etməkdən zövq alırlar".Kükrlə bəzədilən ayaqqabı geyinən xanımlar adətən dəbdəbəni sevir və dəbə uyğun geyinməyə çalışırlar. Onlar geyim tərzi ilə başqalarından seçilir, zövqlü görünüşü ilə diqqəti cəlb edirlər. Müxtəlif parçalardan hazırlanan ayaqqabıları isə təxəyyülü yaxşı inkişaf etmiş adamlar seçir. Onlar belə ayaqqabıları geyinməklə xəyallarını gerçəkləşdirmək istəyirlər. Adət edilmiş dəri və parçalardan fərqli olan müxtəlif polimer və s. materiallardan hazırlanan ayaqqabılar isə sahiblərinin çox şən olduğunu göstərir. Belə adamlar geyimdə qeyri-adiliyə üstünlük verir. Onlar adilikdən tez bezir və yenilikləri xoşlayırlar.
OXŞAR XƏBƏRLƏR