Ayaz Mütəllibov Azərbaycandan getdi

Ayaz Mütəllibov Azərbaycandan getdi
Bütün Xəbərlər
13:20 18.09.2011
1848
Azərbaycanın eks-prezidenti, Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Ayaz Mütəllibov bu gün Rusiyaya qayıdıb. ASDP-nin həmsədri Araz Əlizadənin APA-ya verdiyi məlumata görə, eks-prezident bu gün səhər Bakı-Moskva təyyarə reysi ilə Rusiyaya dönüb. A. Əlizadə deyib ki, Ayaz Mütəllibovun toxunulmazlığına təminat oğlunun 40 mərasiminin başa çatmasına qədər verilib. Həmin vaxt qurtardığına görə sentyabrın 18-də Rusiyaya qayıdıb: “Ayaz müəllimin geriyə qayıtması “Eks-prezidentlər haqqında” qanunun qəbulundan asılıdır”.
OXŞAR XƏBƏRLƏR