Bakıda maşınla iki nəfəti öldürüb, bir nəfəri isə yaralayan avtomobilin sürücüsü Mədinə Zaur qızı Mütəllibovanın kimlərdən qohum olması üzə çıxıb.
O, eks-prezident Ayaz Mütəllibovun nəvəsidir. Sosial Demokrat partiyasının həmsədri Araz Əlizadə faktı təsdiq edib. O, Milli.Az xəbər portalına açıqlamasında bildirib ki, Mədinə Mütəllibovanın yol qəzasında heç bir günahı yoxdur. Çünki mərhum piyadalar qadağan olunmuş ərazidən avtomobil yoluna daxil olub. M.Mütəllibova həbs edilməyib.
mənbə: milli.az