AYB-də “Güney Azərbaycan ədəbiyyatının qarşısında duran problemlər” müzakirə olundu

AYB-də “Güney Azərbaycan ədəbiyyatının qarşısında duran problemlər” müzakirə olundu
KÖŞƏ
19:53 12.10.2011
2106

10 oktyabr 2010 – cu ildə AYB – nin Natəvan adına klubda “Güney Azərbaycan ədəbiyyatının qarşısında duran problemlər” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Söhrab Tahir açıb. Daha sonra söz AYB – nin Güney bölməsinin rəhbəri Sayman Aruza verilib. Bu məruzə Güney Azərbaycan ədəbiyyatının qarşısında duran problemlər adlanırdı. AYB – nin Güney bölməsinin rəhbəri Sayman Aruz çıxışı zamanı bildirdi ki, İran adlanan ölkə çox millətli bir ölkə sayılır. Lakin bu ölkədə bəzi millətlər öz hüquqlarını tam əldə edərkən, bəzi millətlərə bu hüquqlar verilmir. Güney Azərbaycan ədəbiyyatının Quzey Azərbaycanda təbliği baxımından müəyyən işlər görülməlidir. Ədəbi Körpünün yaramasında qarşiya çıxan problemlər və onlrın aradan qaldırilması yollarının tapilması olduqca əhəmiyyətlidir. Bu problemin həlli, hər bir milləti və vətəni düşünən ziyalının milli borcudur. Nə qədər ki, ədəbiyyat və ümumiyyətlə bütün problemlər və proseslərimizə milli gözlə baxmamışıq, o qədər də bütöv millət olmaqğımıza nail ola bilməyəcəyik. Bu əsas məsələni nəzərdə alaraq, ilk öncə “Güney Azərbaycan ədəbiyyatı və ictimaiyyətinə nə edə bilərəm” sualı hər bir fərdin və ziyalının beyninə gəlməli və qarşısına bir məqsəd kimi qoyulmalıdır. Necəki, hər bir Güneylinin ruhunda Qarabağ problemi yaşayır və onun həll olunması üçün saniyələri sayır. Imkanları topluyub və bütöv şəkildə ictimaiyyətimizin problemlərini həll edə bilərik. Unudmayaq ki, hər bir ölkədə, xalqın istəyində asılı olaraq, həmin ölkənin hakimiyyəti də proqramlar hazırlaya bilər. Biz Azərbaycan xalqı isə ilk növbədə, öz daxılımızdə bu qərara gəlib, sonra dərdlərimiz dərmanın üçün ayağa qalxmalıyıq. Mən, bir Güney Azərbaycan ziyalısı olaraq, oranın mühitini tanıyaraq, nə edə bilərik sözünü bir neçə sözlə cəvablandıracam. Ümid edirəmm ki, həmin bu cəvablar sizin hər birinizin diqqəti cəlb edəcək.

Cəmiyyətimizdə Güney Azərbaycan durumunu açıqlanması və bu sahədə KVİ-nin müntəzəm olaraq təbliğatı.

Gənclərimizin bu sahəyə cəlb olunması üçün məktəblərdə və institutlarda Güney Azərbaycan mühitinin öyrədilməsi.

Güneyli soydaşlarımızı burada təhsilinin təmin olunması.

Ədəbi körpünün möhkəm və davamlı yola çevrilməsi üçün Güney Azərbaycan ədəbi-mədəni əlaqələr fondunun yaradılması.

Bu baxımdan Güney Azərbaycan yazarlarının burda mədəni – elmi fondunun yaradılması yönündə təklif edilib.

Yazar – publisist Xeyrəddin Qoca çıxışında bildirdi ki, bu sahədə bir sıra işlər görülsə də, lakin əsas problemlər qalmaqdadır. Bu problemlərin həlli üçün bu gün həm Güneydə, həm də Quzeydə yaşayan həmvətənlərimizin üzərinə böyük vəzifələr düşməkdədir. Yeni dövrdə yaranan Azərbaycan ədəbiyyatının boynuna düşən vəzifə yeni qəhrəmanlar meydana gətirmək, formalaşdırmaqdır.

Daha sonra çıxış edən tarixçi alim Firudin Cəlilov, tənqidçi - ədəbiyyatşünas Rüstəm Kamal, diaspora nümayəndəsi Yəhya Əliyev, Xəzər Universitəsinin rektoru, alim – şair Hamlet İsaxanlı, Musa Nağıyev adına Milli Mənəvi Dəyərlərin Qorunması Fondunun rəhbəri Dilarə Ağamusa, Şair Abbas Abdulla, Şəhriyar irsinin araşdırmaçısı Esmira Fuad, araşdırmaçı – yazar Gülxani Pənah bu məruzənin önəmini vurğulayaraq, Güney Azərbaycan ədəbiyyatındakı problemlərin öyrənilməsində hələ çox işlər görməli olduğumuzu qeyd etdilər.

Tədbir bundan sonra da belə tədbirlərin silsilə şəklində davam etdirilməsi yönündə arzularla başa çatıb.

Oktay Hacımusalı

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
21:03 18.04.2026
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
20:52 18.04.2026
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər