Aybəniz Haşımova ilə BNA arasında cərimə qalmaqalı - "Məsələ 20 manat edilən cərimə dərdi deyil"

Aybəniz Haşımova ilə BNA arasında cərimə qalmaqalı - "Məsələ 20 manat edilən cərimə dərdi deyil"
MAQAZİN
12:46 11.10.2019
5090
O gün BNA haqqında yazdığım statusun paylaşımından dərhal sonra Mayis Ağayev (Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri) zəng edib məsələ ilə maraqlandı. Orada yazılan rəylər Mayis bəyi narahat etdiyi və məsələ ilə maraqlanacaqlarına inandığım üçün statusumu pozdum.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Aybəniz Haşımova sosial şəbəkə hesabında yazıb. Müğənni Bakı Nəqliyyat Agentliyi ilə aralarında yaşanan qalmaqala aydınlıq gətirib. BNA-nın yazdığı cərimələrdən gileylənən Haşımova statusunu silməsinin səbəbini açıqlayıb:

"Sırf sizi öncədən də tanıdığım və sevimli İTV-nin keçmiş əməkdaşı olduğunuz üçün yazdığımı pozdum. İndi mənə göndərirlər videonu və baxıb görürəm ki, İctimai kanalda deyirsiniz, "Aybəniz xanım yazmış olduğu statusunu yanıldıqdan sonra pozub".

Bir marketin qarşısında yazılan qeyri-qanuni cərimədən söhbət gedirdi və sizdə dediniz ki, araşdırıb məsələyə aydınlıq gətirəcəksiniz. Məsələ 20 manat edilən cərimə dərdi deyil. Əgər marketlərin qarşısında maşın saxlamağa qadağanız varsa, onda zəhmət olmasa bunu insanlara bildirin. Onlar da bilsinlər ki, marketdən alış-veriş etmək üçün yalnız taksidən istifadə etməlidirlər.

O ki qaldı nümunə olmağa - siz deyəsən məni indiyənədək heç tanımamısınız... Ödəniş aparatı qoyulub bir neçə marketin qarşısına. İnsanlar orada pulu ödəyib, marketə daxil olurlar. Evə çatmamış isə artıq BNA-nın cəriməsi gəlir. Bunu necə başa düşək? Zəhmət olmasa bu yerlərə bir işarə qoyun, insanlar da bilsin ki, orada maşın saxlamaq olmaz".

Qeyd edək ki, A.Haşımova bir müddət əvvəl BNA-nın işçilərinin yazdığı cərimələrdən gileylənmiş, bunu biabırçılıq adlandırmışdı.

BNA-nın mətbuat katibi Mais Ağayev isə İTV-də yayımlanan "3D" verilişində qonaq olarkən, A.Haşımovanı tənqid edərək, bunları deyib:

"Əməkdar artist Aybəniz Haşımova səhər saat 7-8 arası bir status paylaşmışdı ki, BNA bizim  insanlara həyətlərində belə maşın saxlamağa imkan vermir. Dərhal xanım müğənnimizlə əlaqə saxladım və avtomobilinin dövlət qeydiyyat nişanını istədim. Əməkdar artist avtomobilin nömrəsini verdi, sağ olsun. Baxdım ki, düz 4 yerdə qayda pozub. Sual verdim ki, bu ünvanların hansında yaşayırsınız? Heç birində. Biri restoranın qarşısıdı, biri gözəllik salonunun qarşısı, digəri isə ticarət mərkəzinin. Yəni bu gün mən restorana və ya başqa yerə gedirəmsə, mənim ora getməyimə görə ictimai nəqliyyatdan istifadə edənlər əziyyət çəkməməlidir.

Əslində, sənət adamları  adi insanlara nümunə olmalıdırlar. Yoxsa mənim avtomobilim cərimə olunub, durum BNA-nı tənqid edim, sonra səhvimi anlayıb o statusu silim, bu, nümunə deyil".
 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kelloq: Ukrayna və Rusiya tam atəşkəsə nail olmağa yaxındırlar
23:56 02.04.2025
Kelloq: Ukrayna və Rusiya tam atəşkəsə nail olmağa yaxındırlar
İran ordusu tam döyüş hazırlığına gətirildi: Hava məkanı bağlanır
23:40 02.04.2025
İran ordusu tam döyüş hazırlığına gətirildi: Hava məkanı bağlanır
Maskın Ağ Evdəki vəzifəsindən nə vaxt gedəcəyi məlum olub
23:31 02.04.2025
Maskın Ağ Evdəki vəzifəsindən nə vaxt gedəcəyi məlum olub
İsrail təyyarələri Suriyanın bir sıra bölgələrinə hücum edib
23:16 02.04.2025
İsrail təyyarələri Suriyanın bir sıra bölgələrinə hücum edib
Çexiyada sərnişin qatarı relsdən çıxıb
22:57 02.04.2025
Çexiyada sərnişin qatarı relsdən çıxıb
Avropa rəsmiləri və Aİ-nin ölkəmizdəki səfiri Ağdamda yenidənqurma işləri ilə tanış olublar - FOTOLAR
22:45 02.04.2025
Avropa rəsmiləri və Aİ-nin ölkəmizdəki səfiri Ağdamda yenidənqurma işləri ilə tanış olublar - FOTOLAR
Türkiyə İsraillə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib
22:41 02.04.2025
Türkiyə İsraillə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib
Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri başa çatıb - FOTO
22:23 02.04.2025
Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri başa çatıb - FOTO
11 ildir tikilən yaşayış binası söküldü: Ev alan şəxslərin aqibəti necə olacaq?
22:17 02.04.2025
11 ildir tikilən yaşayış binası söküldü: Ev alan şəxslərin aqibəti necə olacaq?
NATO Qrenlandiya ilə bağlı mövqeyini açıqladı
22:07 02.04.2025
NATO Qrenlandiya ilə bağlı mövqeyini açıqladı
"Neftçi" öz meydanında "Sabah"a məğlub oldu
21:52 02.04.2025
"Neftçi" öz meydanında "Sabah"a məğlub oldu
Azərbaycan və Almaniya prezidentləri Heydər Əliyev Mərkəzində təşkil olunmuş konsertdə iştirak ediblər
21:45 02.04.2025
Azərbaycan və Almaniya prezidentləri Heydər Əliyev Mərkəzində təşkil olunmuş konsertdə iştirak ediblər
KİV: ABŞ İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır
21:39 02.04.2025
KİV: ABŞ İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır
ISESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Prezident İlham Əliyevi təbrik edib
21:32 02.04.2025
ISESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Prezident İlham Əliyevi təbrik edib
Rusiyanın İrkutsk vilayətində hərbi təyyarə qəzaya uğrayıb
21:24 02.04.2025
Rusiyanın İrkutsk vilayətində hərbi təyyarə qəzaya uğrayıb
Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 3 mini keçib
21:12 02.04.2025
Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 3 mini keçib