Aybəniz Haşımova: 'Sənətdə onun mənəvi övladı sayıla bilərəm'

Aybəniz Haşımova:
ŞOU-BİZNES
00:35 18.09.2012
1037
Əməkdar artist Aybəniz Haşımova yeni musiqili layihənin icrasına başlayıb. Müğənninin millət vəkili Qənirə Paşayeva ilə də iş birliyi nəzərdə tutulub. Əməkdaşlığı təfərrüatı ilə bağlı Publika.Az-a danışan əməkdar artist bildirib ki, hər iki xanım sənətçi unudlmaz bəstəkar Oqtay Kazıminin ömrünün son illərində nota köçürdüyü musiqilər üzərində çalışırlar."Qənirə xanım Oqtay müəllimin sözsüz musiqilərinə könlündən süzülüb gələn dəyərli sözlərini köçürür. Doğma xalqımıza həmin dəyərli əsəri ifamda təqdim edəcəm".Aybəniz xanım xatırladıb ki, bu mahnılar albom şəklini alacaq və topluya 10 mahnı daxil ediləcək. Mahnılar üzərində pianoçu Naibə Şahməmmədova çalışır, aranjiman işi isə Yaşar Baxışa həvalə olunub.Sözünün davamında əməkdar artist Oqtay Kazıminin musiqilərinin onun həyatında önəm kəsb etdiyindən danışıb:«Sənətdə onun mənəvi övladı sayıla bilərəm. 1986-cı ildən ömrünün sonuna qədər mənimlə yaradıcılıq əlaqələri tükənməyib. Və ömrünün son illərində yazılan mahnıları məhz mənim üçün nəzərdə tutaraq nota alınıb».Sonda Aybəniz xanım sözügedən musiqi toplusunun təqdimatının dekabrın əvvəlinə planlaşdırıldığını diqqətə çatdırıb. Ona görə ki, Oqtay müəllimin doğum tarixi həmin aya təsadüf edir.
OXŞAR XƏBƏRLƏR