Aybəniz Haşımovadan möhtəşəm layihə - FOTOLAR

Aybəniz Haşımovadan möhtəşəm layihə - FOTOLAR
ŞOU-BİZNES
20:29 20.11.2012
3863

Aybəniz Haşımova "Səni sevən nicat tapar" adlı kompozisiyanı ekranlaşdırır

Əməkdar artistlər Aybəniz Haşımova dini mövzuda layihə hazırlayır. Sənətkarın verdiyi məlumata görə, yeni yazdırdığı musiqisi Siruz Abbasbəyliyə, sözləri İsmayıl Dadaşova aid olan ''Səni sevən nicat tapar" adlı kompozisiyanı ekranlaşdırır: "Dini mövzuda mini-film çəkildi. Layihəyə mənim dəvətimlə xalq artisti İlham Əsgərov, əməkdar artist Firuzə İbadova, "Bülbüllər" qrupunun solisti Müşviq Əliyev, "Xalq Ulduzu-6" yarışmasının finalçıları Vüqar Ağasiyev, Babək Quliyev, Əsgər İsmayılov, Zümrüd Məmmədova cəlb olundular. Ümid edirəm ki, layihə uğurlu alınacaq. Tamaşaçıların razı qalacağına inanıram". Əməkdar artist çəkilişə dəstək olan "İçərişəhər" qoruq idarəsinin rəisi Mikayıl Cabbarova, Şirvanşahlar Sarayının bütün əməkdaşlarına, eyni zamanda filmdə rol alan hər kəsi, milli geyimlərlə təmin edən "Ziya Art Salonu"na təşəkkürünü bildirməyi özünə borc bilib. ''Səni sevən nicat tapar" dini layihənin musiqi rəhbəri əməkdar artistin özüdür. Mini-filmin rejissoru Rövşən Nicat, operator Alı Sultan, rəssam Aygün Mahmudova, qrim Ulduz Mahmudova, səs rejissoru İmran, aranjimanı isə Emil Həşimovdur.

OXŞAR XƏBƏRLƏR