‘Ayda 350 manat elektrikə pul verirəm’ - Xalq artisti-

‘Ayda 350 manat elektrikə pul verirəm’ -  Xalq artisti-
Bütün Xəbərlər
00:07 17.02.2014
1831

Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsindəki yeni tikililərin sakinləri aksiya keçiriblər.

Sakinlərin dediyinə görə, bir neçə ildir istifadəyə verilməsinə baxmayaraq evlərə mavi yanacağın və qəbalələrin (kupça) verilmir.

Sakinlər arasında xalq artist Qəndab Quliyeva da olub.

AZXEBER.COM xəbər verir ki, xalq artist "Azadlıq" radiosuna verdiyi açıqlamada 2 ildir burada yaşadığını bildirib. Onun sözlərinə görə, soyuqdan evdə durmaq olmur: "Bura köç edəndə soruşdum, qaz nə vaxt veriləcək. Dedilər bir-iki aya. O bir-iki ay, bu bir-iki ay, iki ildir ki, bura qaz verilmir

Prezident mənə 1000 manat təqaüd verir, bunun 300-350 manatını elektrikə verirəm. "Plitka" ilə yaşamaq olar? "Plitka" ilə saç yumaq olar? Həftəbaşı xəstəxanada oluram. Ciyərlərim, boğazım, səsim işləmir. Belə şey olmaz. Qeyri qanuni tikintilər tikirlər..."

OXŞAR XƏBƏRLƏR