Aygün Kazımova: "Mənə elə gəlir ki, bundan sonra lap..." (FOTO)

Aygün Kazımova: "Mənə elə gəlir ki, bundan sonra lap..." (FOTO)
ŞOU-BİZNES
06:04 04.06.2011
2384

- 14 gün Afrika cəngəlliklərində əziyyət çəkməyə hansı məbləğ qarşılığında razılıq verdiniz?

- Bu layihəyə heç kim qonorar müqabilində qatılmayıb, nəinki Aygün Kazımova. Bu layihədə iştirak etmək, özünü sınamaq mənə görə böyük işdir.

- Hər kəs belə bir əziyyətə qatılmaq istəməz axı?

- Özünüz görürsünüz də, ümumiyyətlə, ekstremal həyat tərzi mənim keçirdiyim həyat tərzinə daha uyğundur. Bu realiti şouda isə mənim görünməyən tərəflərimi görəcəksiniz. Bir var çıxıb səhnədə atlanıb-düşəsən, bir də var ki, insan həyatla mücadilə aparsın. Orada hər şey üçün - yaşamaq, yemək, adi su uğrunda mübarizə aparırdıq. O yarışlarda iştirak etmək hər kişinin işi deyildi. Orada kişilər belə diz çökürdülər, nəinki qadınlar. Hər yarışdan sonra mütləq pavilyona ambulans çağrılırdı.Y əni vəziyyət o dərəcəyə gəlib çatırdı...

- Neçə gün dözə bildiniz?

- Mən axıra qədər dözdüm. Evə gəldim və sındım. Nəbzim düşdü, təzyiqim 80-50-yə düşdü. Tez təcili yardım çağrıldı, iynə vurdular, çoxlu şərbət verdilər və birtəhər özümə gətirdilər.

- Yəqin özünüzü sırf layihə üçün proqramlaşdırmısınız və evə çatanda boş buraxmısınız...

- Bəli, elə ayağımı qapıdan bayıra qoyanda, bizim blokun ağzında özümə dedim ki, mənim üçün artıq layihə başlandı. Necə özümü proqramlaşdırmışdımsa yalnız evə dönəndən sonra söndüm.

- Hər halda, tez-tez uzun müddətli pəhrizlər saxlayan Aygün Kazımova üçün ac qalmaq imtahan deyildi.

- Ac qalmaq mənim üçün dərd deyildi. Mənim üçün ən böyük problem susuz qalmaq idi. Susuz qala bilmirdim.

- Su vermirdilər?

- Suyu yarışlarda qazanmaq lazım idi.

-Nə ilə qidalanırdınız?

- Səhər yeməyini yeyib düşərgədən çıxırdıq, günorta yeməyini avtobusda yeyirdik. Ancaq yumurta ilə qidalanırdıq. Səhər də yumurta yeyirdik, günorta da yumurta buterbrodu verirdilər.

- Nə yumurtası idi?

-Adam yumurtası. (gülür...) Zarafat edirəm, adi yumurta idi. Ola bilsin yarışlarda çox enerji itirirdik. Yumurta da kalorili olduğuna görə bizə onunla qidalanırdıq.

- Peşman deyilsiniz?

- Nə danışırsınız? Bir də olsa, yenə gedərəm! İnanın, orada yaşananlar həyat üçün çox önəmlidir. Sırf müğənni, jurnalist, aparıcı üçün demirəm, bütün insanlar bu sınaqlardan keçməlidir. Belə çətin situasiyalarda özünü sınayırsan, özünü tanıyırsan, öz gücünü, nəyə qadir olduğunu bilirsən. Mənə elə gəlir ki, bundan sonra lap...

- Müharibəyə də gedərsiniz...

-Getmişəm, yenə də gedərəm. Mən AF Centrdə qalıram. Bir gün pərdəni çəkib gördüm ki, oğlan havadan sallanıb binanı rəngləyir. O zaman ona görə həyəcan keçirdim. İndi isə deyirəm ki, o oğlan yorulsa onu əvəz edə bilərəm. Binamızdan aşağı sakitliklə düşə bilərəm.

-Belə çıxır ki, nə fobiyalarınız var idi, hamısını Afrika cəngəlliklərində qoyub gəldiniz.

- Mən ora gedəndə təyyarədən qorxurdum, yüksək sürətdən, hündürlükdən qorxurdum. Bütün qorxularım Afrikada qaldı. Elə bil ki, içimdəki bütün qorxulardan qurtulmuşam. Mənə elə gəlir ki, Bu realiti şouda olan çox uşaq fobiyalarından xilas oldu.

- Cəngəllikdə vəhşi heyvanlara, nə bilim böcəklərə, həşəratlara, cücülərə rast gəlməmiş olmazsınız.

-Təsəvvür edin ki, yatdığım yerdə gördüm ki, hansısa yekə bir həşərat üzərimdə gəzir. Əlimlə vurdum, mənə elə gəlir ki, öldürdüm. Amma sonra gördüm ki, öldürməmişəm, yenə gəlir. O dərəcədə yorğun idim ki, heç qorxmağa da gücüm qalmamışdı. Yerimdən durub onu axtarıb öldürməyə heyim yox idi. Əşşi... deyib, bükülüb yatdım.

- Əqrəb deyildi?

- Yox, yox, əqrəbi tanıyıram. Uşaqlar orada neçə dəfə qara zəhərli əqrəb öldürmüşdülər.

- Havalar necə idi?

- Biz gedəndə guya Afrikada qış idi. Gündüz 40-50 dərəcə isti idi, gecə isə soyuqdan üşüyürdük. Qışı gecə hiss edirdik, dəhşət rütubətli olurdu. Sutka ərzində iki, iki saat yarım yatırdıq. Gəl indi bu yuxu ilə tab gətir. Ona görə də nə verirdilər yeyirdim.

- O boyda cəngəllikdə vəhşi heyvan yox idi?

- Niyə yox idi, fillər, çaqqallar nə qədər istəsəniz var idi.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
Sabah bu ərazilərdə işıq olmayacaq
22:46 10.03.2026
Sabah bu ərazilərdə işıq olmayacaq
Daha bir NATO ölkəsi məcburi hərbi çağırışı bərpa edib
22:35 10.03.2026
Daha bir NATO ölkəsi məcburi hərbi çağırışı bərpa edib