"Aygündən də üzr istəmişik, qızından da"

ŞOU-BİZNES
10:20 31.03.2011
1882

Məsələyə münasibət bildirən Hacı Daşqın mətbuatda yayılan informasiyaların yanlış olduğunu iddia edir: “Dünən “İç xəbərdə” də yanlış informasiya verdilər. Ümumiyyətlə, məsələ ilə bağlı yayılan informasiyaların hamısı yalandır. Aygün xanım mətbuata verdiyi açıqlamasında deyir ki, video dörd il əvvələ məxsusdur. Amma bu belə deyil. Həmin video 2009-cu ilin yanvarında Londonda çəkilib. Yəni 2 il əvvəl. İndi qızın 21 yaşı varsa, bu o deməkdir ki, həmin videoda 19 yaşı olub. Anası isə mətbuata açıqlamasında qızının həmin videoda 16 yaşı olduğunu iddia edir. Üstəlik video Aygün xanımın dediyi kimi səhər yox, gecə 2-3 radələrində çəkilib. Orxan Nicatı çəkəndə İlqarə otağa girib başlayıb mahnı oxumağa”.

Aygün Kazımova mətbuata açıqlamasında qarşı tərəfin üzr istəmək fikrində olmadığını deyib: “Mən onların valideynləri, ağsaqqalları və süjetin “qəhrəmanları” ilə görüşmüşəm, onlardan bir ana kimi məsələnin sülh yolu ilə həll olunmasını və onların YouTube-da nəinki yetkinlik yaşına çatmamış qızımdan, ümumiyyətlə, Azərbaycanın bütün qız və analarından üzr istəmələrini istəmişəm. Lakin onlar bunu özlərinə sığışdıra bilməyəcəklərini söyləyiblər”.

Orxanın atası Hacı Daşqın isə özünün və oğlanların dəfələrlə üzr istədiyini deyir: “Video ilk dəfə yayımlananda Aygün xanım mənə zəng elədi, düz

Novruzzadə Nicat Şahin oğlu ilə üç saat danışdıq. Mən də, uşaqlar da dəfələrlə ondan üzr istədik. Əslində, video ay yarım öncə ortaya çıxıb. İlqarə videoyla bağlı ilk dəfə xəbər verəndə, oğlanlar onu sosial şəbəkələrdə yayanı tapıb Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verdi. Həmin oğlan da izahatında videonu Masallıda bir telefondan köçürdüyünü deyib. Mən başımla cavabdehəm ki, o videonu mənim oğlum yaymayıb”.

“Aygün Kazımova məndən 150 min, digər ailədən isə 100 min manat tələb edir”

Hacı Daşqın videonu Aygün Kazımovanın qurduğu şou adlandırdı: “Aygün Kazımova bir video çəkilməsini və həmin videoda oğlanların onun istədiyi kimi açıqlama verməsini tələb etdi. Biz isə İlqarənin də iştirakının olmasını istədik. Bununla da Aygün xanım razılaşmadı”.

Hacı Daşqın Aygün Kazımovanın ondan 150 min, Nicatın ailəsindən isə 100 min manat tələb etdiyini iddia edir: “Eurovision müsabiqəsi bitəndən sonra banka çoxlu borcu olduğunu və evini girov qoyduğunu dedi. Mən uzağı ona 100-500 manat verə bilərəm. Mən bütün əmlakımı satsam da, 150 min manat etməz. Dedim ki, məhkəməyə ver mənim sənə verəcək pulum yoxdur. O isə hər nə yolla olur- olsun məndən o pulu alacağını söylədi. İndi neçə gündür zəng edir, telefonlarına cavab vermirəm. Versin məhkəməyə, cəzaları nədirsə çəksinlər. Onu da deyim ki, bayramdan qabaq uşaqları aparıb bir gün bölmədə saxladılar. Daha sonra işdə cinayət tərkibli heç nə olmadığından buraxdılar”.

/// mənbə : var.az

 

OXŞAR XƏBƏRLƏR