Aygün Bəylər Prezidentə təşəkkür etdi: "Məni böyük bəladan xilas etdiniz"

Aygün Bəylər Prezidentə təşəkkür etdi: "Məni böyük bəladan xilas etdiniz"
MAQAZİN
13:05 26.12.2022
498

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Əməkdar artist Aygün Bəylərə ev hədiyyə edib.

AZXEBER.COM xəbər verir ki, Aygün Bəylər öz "İnstagram” hesabında bununla bağlı videopaylaşım edib və ölkə rəhbərliyinə təşəkkür edib.

"Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva – sizə sonsuz minnətdaram. Allah sizi qorusun. Sizə uzun ömür, can sağlığı arzulayıram. Məni böyük bəladan xilas etdiniz. Məni bir daha sevindirdiniz”, - deyə o paylaşımda bildirib.

Qeyd edək ki, Aygün Bəylər neçə il öncə solo konsertini təşkil etmək üçün evini girov qoymuşdu. İki gün öncə Prezident İlham Əliyev Aygün Bəylərə ev hədiyyə edib. İfaçı bunu Xəzər Tv-də yayımlanan "Söhbət musiqidən gedir” verilişində öyrənib.

Ayşən


OXŞAR XƏBƏRLƏR