AZXEBER.COM-un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, sözləri Namiq Qaraçuxurlu, musiqisi isə Aygün Kazımovaya məxsus mahnı artıq ölkənin radio dalğalarında yayımlanmağa başlayıb.Avqust ayının ikinci yarısından etibarən isə “Futbol” mahnısının videoklipi bütün yerli televiziya kanallarında yayımlanacaq. A.Kazımova layihə təşəbbüsünün əsas məqsədinin çempionatda mübarizə aparacaq qızlarımıza dəstək olduğunu vurğulayıb. Aygün xanım “Keçmiş qadın idmançı kimi azarkeşlərin və bütün xalqın dəstəyinin oyunçuya təsirini, onun qələbəyə köklənməsində necə rolu olduğunu bilirəm. Bu səbəbdən ifamın, həm qızlarımıza, həm də bütün idmançılarımıza motivasiyaedici qatqısı olacağını düşünürəm” deyə bildirib.Eksklüziv olaraq ilk dəfə 6 iyul tarixində Rəsmi Pükatma Mərasimindən sonra Yerli Təşkilat Komitəsi tərəfindən Milli Parkda təşkil olunmuş konsert proqramında izləyicilərə təqdim olunan “Futbol” mahnısı Azərbaycan hitparatlarında ilk 10-luğa daxil olmağa real namizəddir. Xalq artisti mahnının sözlərində əks olunduğu kimi “Futbol”un qızlarımıza uğur gətirəcəyinə ümid edir və 17 yaşadək qızlardan ibarət millimizin ilk addımlarının məhz dünya çempionatı zamanı atilacağının çöx sevindirici bir hal olduğunu vurğulayıb.