Aygün Kazımova: 'Nəinki Elza, heç kim mənimlə heç bir yarışa çıxa bilməz'

Aygün Kazımova:
ŞOU-BİZNES
15:55 28.12.2011
2037
Xalq artisti Aygün Kazımova həmkarı Elza Seyidcahanın onu duelə çağırmasına münasibət bildirib.AZXEBER.COM xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, A.Kazımova yerli telekanallardan birinə açıqlamasında deyib: "Eşitmişəm ki, Elza Seyidcahan məni və Brilliant xanımı kürkün kimə daha çox yaraşdığını müəyyənləşdirmək üçün kürk duelinə çağırır. Sən necə də cəsarətlisən, Elza! Bundan sonra onu "cəsarətli Elza Seyidcahan" adlandıracaqlar. Yəni o, gözəlliyin müqayisəsi üçün mənimlə birlikdə podiuma çıxa bilər? Nəinki Elza, heç kim mənimlə heç bir yarışa çıxa bilməz. Nə xəz kürklərdə, nə qızıl-zinət əşyalarında, nə digər geyimlərdə. Onun çağırışına düz 1 il sonra cavab verəcəyəm. Odur ki, sən gözlə, Elza".
OXŞAR XƏBƏRLƏR