Aygün Kazımova yenə istəyir

MAQAZİN
15:32 24.09.2012
2489
Elton Hüseynəliyevlə "Səni sevirəm" mahnısını oxuduqdan sonra Aygün Kazımova daha bir duet oxumağı planlaşdırır.
AZXEBER.COM-un Day.Az-a istinadən verdiyi məlumata görə, müğənni bu barədə Space telekanalının "Plus-Minus" verilişinə bildirib."Eltonun səsi mənim çox xoşuma gəlir. Bizim səslərimiz, demək olar ki, uyğun gəlir. Növbəti dəfə primadonna İlhamə Quliyevanın repertuarından bir mahnını duet oxuyacağıq. Əminəm ki, o bizə etiraz etməyəcək. Sonradan isə birgə albom çıxaracağıq ki, orada yalnız bizim duetlərimiz olacaq", - o əlavə edib.

OXŞAR XƏBƏRLƏR