Aygün Kazımovadan Namiqə növbəti zərbə - FOTO

Aygün Kazımovadan Namiqə növbəti zərbə - FOTO
ŞOU-BİZNES
01:03 31.08.2011
5674
Xalq artistiAygün Kazımovanın yeni duet ortağı məlum olub. Milli.Az xəbər portalının verdiyi məlumata görə, həmin şəxs gənc müğənniSamrinadır. Bu barədə Milli.Az xəbər portalına müğənni Samrinanın prodüseriPərviz Fəqanməlumat verib. P.Fəqan bildirib ki, Samrinanın Aygün Kazımova ilə duet oxuması təsadüfən olub. "Müğənni Samrina Türkiyəyə istirahətə getməli idi. Amma təsadüfən Aygün xanımın Türkiyədə, Bodrumda olduğunu bildi və oraya yola düşdü. Samrinanın Aygün xanıma bağlılığı uşaq yaşlarına təsadüf edir. Belə ki, o, Aygün xanımın fanatıdır", - deyə P.Fəqan danışdı. P.Fəqan, Aygün Kazımova ilə Samrinanın duet razılığına gəlməsinin səbəblərini açıqladı. O, bunun uğurla nəticələndiyini söylədi: "Samrina Bodrumda olduğu ikinci gündə mənimlə əlaqə saxladı. Dedi ki, artıq Aygün xanımla bir yerdəyik. Çox gözəl, mehriban və səmimi ünsiyyətimiz var. Mən də Samrinaya dedim ki, əgər imkan olsa, Aygün xanıma onunla duet oxumaq istədiyini təklif et. Samrina Aygün xanıma təklifini bildirib və nəticəsi də uğurlu alınıb. İnşallah, duet olacaq. Bunun üçün Samrina Aygün xanıma öz minnətdarlığını bildirir". Prodüser duetlə bağlı Aygün Kazımova ilə əlaqə saxladığını və duetin xalq artistinin klip çəklişindən sonra baş tutacağını dedi: "Aygün xanımla özüm də əlaqə saxlamışam. Aygün xanım mənə dedi ki, klip çəkilişim var. Onu bitirdikdən sonra duet mahnını seçib ifa edəcəyik. Aygün xanım hər hansı mahnını təklif etsə, Samrina onu da ifa edəcək". P.Fəqan onu da qeyd etdi ki, Samrina hazırda səhnə mədəniyyətinin və səsinin vokal imkanlarının təkmilləşdirilməsi üçün müəllim yanına hazırlığa gedir. O, bunu ona görə edir ki, növbəti işi müəkəmməl olsun: "Samrina artıq bir neçə həftədir ki, toya, şou-proqramlara getmir. O, hazırda səhnə mədəniyyətinin və səsinin vokal imkanlarının təkmilləşdirilməsi üçün müəllim yanına hazırlığa gedir. O, bunu Aygün xanımla dueti üçün edir ki, sonda hər şey mükəmməl alınsın", - deyə prodüser növbəti işin uğurla alnacağına ümid etdiyini bildirdi. Qeyd edək ki, eyni vəziyyət Türkiyə şou-biznesində olmuşdu. Belə ki, müğənniRafet El RomanfanatıYusuf Güneyilə çıxış etmişdi.
OXŞAR XƏBƏRLƏR