AZXEBER.COM portalı Trendə istinadənverdiyi xəbərə görə, "Düşün məni" adlı yeni hiti və mahnıya çəkilmiş klipi ilə pərəstişkarlarını sevindirən Azərbaycanın xalq artisti, tanınmış estrada müğənnisiAygün Kazımovanın internetdə fotoları yayımlanıb.Sual oluna bilər ki, burada qeyri-adi nə var? Cavabı budur ki, daim xarici görkəmini formada saxlayan pop-diva həmin fotolarda olduqca arıq və cazibədar görünür. Çəkisini gözlə görünəcək qədər azaldan Aygün buna necə nail olduğu barəsində hələ ki, mediaya danışmağı lazım bilmir.