Azərbaycanın xalq artisti Aygün Kazımova sabah saat 14:00-da Park Bulvarın 4-cü mərtəbəsindən yayımlanan "İmza Mən" verlişinin qonağı olacaq.
AZXEBER.COM-un məlumatına görə, tanınmış telejurnalist Səxavət Nurun müəllif və aparıcı olduğu verilişdə Aygün Kazımovayla bağlı maraqlı faktlar üzə çıxacaq. Verilişdən sonra xalq artisti fanatlarıyla görüşəcək, onlarla şəkil çəkdirəcək, avtoqraf verəcək.
Əgər siz də Aygün Kazımovaya daha yaxın olmaq istəyirsizsə sabah saat 14:00-da Park Bulvarın 4-cü mərtəbəsində olun!
Qeyd edək ki, "İmza Mən" verilişi hər həftənin cümə günləri saat 19.30-da Xəzər TV və Araz FM 103.3-də yayımlanır. Verilişin informasiya dəstəyi AZXEBER.COM xəbər portalıdır.