Azərbaycan şou-biznesində öz sözünü deyən və birincilik uğrunda yarışan Aygün və Röya karyeraları ərzində bir neçə dəfə qalmaqal yaşayıblar. Uzun zaman bir-birini "həzm edə" bilməyən simalar hər zaman “sənət yarışına” çıxıblar. Şou-biznesdə ən çox müzakirə olunaraq marağa səbəb olan münasibət gah səngiyib, gah da alovlanıb.
İndi bütün yaşananları geridə qoyaraq məşhur ulduzlar yenidən bir araya gəlib sözün əsl mənasında "düşmən gözü çıxartdılar". Onlar bu günlərdə keçirilən tədbirlərin birində olduqca mehriban görünüb, bir-birinin yanından çəkilmədilər. Müğənnilər hətta qol-boyun olub, maqazin proqramlarına da birgə müsahibə verdilər. Bununla da hər iki ulduz xanım obyektivimizə tuş gəldi.
Onu da qeyd edək ki, əldə etdiyimiz eksklüziv məlumata görə, müğənnilər hətta birgə duet də yazdırıblar. Röyanın köhnə mahnılarından birinin sözlərini dəyişib, barışığa həsr edən xanımlar bu günlərdə onu televiziyaların birində yayımlanan tok-şouda ifa edəcəklər.
/// milli.az
