“Aygün və Brilliant kimi əxlaqsızları başımıza çıxarmaq olmaz” - AÇIQLAMA

MAQAZİN
15:17 29.01.2015
3816
Açıq-saçıq fotoları ilə gündəmi zəbt edən respublikanın xalq artistləri Brilliant Dadaşova və Aygün Kazımova sosial şəbəkələrdə bu cür fotolar paylaşmağa davam edirlər.
Təbii ki, sözügedən görüntülər cəmiyyətdə birmənalı qarşılanmayıb. Onlar arasında bəziləri Şövkət Ələkbərovanın, Zeynəb Xanlarova kimi sənətkarlarla Aygün Kazımova və Brilliant Dadaşovanın eyni adı daşımasının əleyhinə olduqlarını və onların təəcili bu adlarının əllərindən alınmalı olduqlarını qeyd ediblər.
Bəs görəsən sözügedən müğənnilərin həmkarları onların son günlər sosial şəbəkələrdə yayımlanan fotoları haqqında nə düşünürlər?
Bu barədə AZXEBER.COM-a danışan Əli Mirəliyev bu tendensiyanı pisləyərək onları ədəb-ərkana dəvət edib:
“Mən artıq əsəbləşirəm. Bu cür səviyyəsizlik inanın heç bir yerdə görünməyib. Aygün xanım yarıçılpaq fotolar paylaşmaqla, Brilliant Dadaşova video görüntülər yaymaqla nə etmək istəyir? Günah onlarda deyil. Günah Mədəniyyət və Turizm Nazirliyindədir ki, onlara xalq artisti adını verib. Bir sözlə, Aygün və Brilliant kimi əxlaqsızları başımıza çıxarmaq olmaz"Ozal İbrahimli
OXŞAR XƏBƏRLƏR