Onlar hər iki müğənniyə keçmişlərini xatırladıblar Müğənnilər Aygün Kazımova və Röya arasında olan dava səngimək bilmir. Müğənnilər arasında yaranmış söz və əl davasını indi də fanatları davam etdirir. Lent.az-ın məlumatına görə, Aygün Kazımovanın fanatları Röyaya, eyni ilə də Röyanın fanatları Aygünlə bağlı təhqiredici səhifələr açıblar. Onlar müğənnilər haqqında xoşagəlməz sözlər yazaraq, hər iki sənətçinin vaxtı ilə çəkdirdikləri açıq-saçıq fotolarını, videolarını yaymağa başlayıblar. Fanatlar müğənnilərin “unutmağa” çalışdıqları şəkillərini və videolarını onlara xatırlatmaqla kifayətlənməyib, ağır təhqirlərlə də “ürəklərini boşaldıblar”.