Aygünlə Röyanın fanatları qırğına çıxdılar

MAQAZİN
01:40 10.06.2012
3046
Onlar hər iki müğənniyə keçmişlərini xatırladıblar Müğənnilər Aygün Kazımova və Röya arasında olan dava səngimək bilmir. Müğənnilər arasında yaranmış söz və əl davasını indi də fanatları davam etdirir.  Lent.az-ın məlumatına görə, Aygün Kazımovanın fanatları Röyaya, eyni ilə də Röyanın fanatları Aygünlə bağlı təhqiredici səhifələr açıblar. Onlar müğənnilər haqqında xoşagəlməz sözlər yazaraq, hər iki sənətçinin vaxtı ilə çəkdirdikləri açıq-saçıq fotolarını, videolarını yaymağa başlayıblar. Fanatlar müğənnilərin “unutmağa” çalışdıqları şəkillərini və videolarını onlara xatırlatmaqla kifayətlənməyib, ağır təhqirlərlə də “ürəklərini boşaldıblar”.

OXŞAR XƏBƏRLƏR