Ayının parçaladığı 2 nəfər Bakıya gətirildi

Ayının parçaladığı 2 nəfər Bakıya gətirildi
Bütün Xəbərlər
14:14 24.06.2013
1287

Şamaxıda ayının hücumuna məruz qalan 1995-ci il təvəllüdlü Fəridə Rəşid qızı Nuriyeva və 1964-cü il təvəllüdlü Sahib Yengivar oğlu Allahverdiyev təcili Bakıya gətirilib. Bu barədə Lent.az-a Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahı Solmaz Məmmədzadə bildirib. Həkimin sözlərinə görə, adıçəkilən xəstələr dünən axşam saatlarında Bakıya gətiriliblər.

S.Məmmədzadə, Şamaxı RMX-nın icazəsi olmadan ailə üzvlərinin onları Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzə apardığını qeyd edib.

Qeyd edək ki, ötən gün saat 21:30 radələrində Qala dərəsi kəndində toy zamanı ayı qəflətən insanlara hücum çəkib. Heyvan 1995-ci il təvəllüdlü Nuriyeva Fəridə Rəşid qızına hücum edilib. Ayı qızın döş qəfəsini cırmaqlayıb.

Daha sonra kənddəki tövləyə girən heyvan bir inək və bir eşşəyi parçalayıb. Bununla da sakitləşməyən heyvan Keşmədin kəndinə keçib. Ayı kəndin girişində qoyun otaran çobana hücum çəkib. 1964-cü il təvəllüdlü Allahverdiyev Sahib ayını görən kimi əlindəki çomaqla müdafiə olunmağa başlayıb. Nəticədə ayı onun bədəninin müxtəlif yerlərinə 10-15 cırmaq atıb. Sahib Allahverdiyev kəndə qaçmağa müvəffəq olub.

Burada dərhal onu xəstəxanaya aparıblar. Fəridə Nuriyeva da təcili olaraq xəstəxanaya çatdırılıb.

OXŞAR XƏBƏRLƏR