Bir çox təhsil müəssisələrində eləcə də "Khabad-Or-Avner" yəhudi məktəbində ibri dili fənnini tədris etmişdir.
Bakı Slavyan Unuversitetinin Azərbaycanşünaslıq Elmi Tədqiqat və Folklor Araşdırmalar Mərkəzlərində ,Azərbaycan dili və onun tədrisi metodikosu kafedrasında müəllim vəzifəsində çalışmışdır. Eyni zamanda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat İnstitutunun doktorantıdır,Azərbaycanda ilk olaraq "Dağ yəhudiləri ədəbiyyatında milli özünəməxsusluqlar və ümumbəşəri istiqamətlər” mövzunda elmi işin müəllifidir.
Qırxdan çox elmi məqalənin, həmçinin "Xocalıya Ədalət" kompaniyası çərçivəsində "XOCALI SOYQIRIMI" kitabının (Azərbaycan dilindən ibri dilinə) İbri dilindən isə " Moşe Smilyanski " həyat və yaradıcılığı adlı kitabını tərcümə etmişdir. Bir çox beynəlxalq elmi konfransların, layihələrin iştirakçısıdır. Müxtəlif sertifikat və bir sıra mükafatların laureatıdır.
Biz inanırıq ki, birlikdə — gücümüz var. Məhz qadın mərhəməti, müdrikliyi və daxili möhkəmliyi ətrafdakı dünyanı dəyişə bilər. Qoy təşkilatımız qarşılıqlı dəstəyin, hörmətin və ilhamın simvoluna çevrilsin — təkcə yəhudi icması üçün deyil, bütün Azərbaycan cəmiyyəti üçün.
Bu gün biz gələcəyin möhkəm təməlini qoyuruq — elə bir gələcəyin ki, onunla qızlarımız və nəvələrimiz fəxr edəcəklər. Çünki məhz bu ilk addımdan böyük bir tarix başlanır — qadın həmrəyliyi, yaradıcılıq və nur tarixı.










































