Dekabrın 17-da İTV-nın canlı efirində keçirilən "Eurovision 2011" Milli Seçim turlarının beşinci həftəsinin yarımfinalçısının adı məlum oldu. Müğənni Aynişan Quliyeva yarımfinala vəsiqə qazanan 8 iştirakçıdan altıncısı oldu. Xatırladaq ki, yarımfinala vəsiqə qazanan iştirakçılardan dördüncüsü Nikola Barkley olub.
Qeyd edək ki, yarımfinal mərhələsi bundan sonra 2 həftə də davam edəcək. Hər həftə 11 namizəd öz istedadlarını nümayiş etdirəcək və səsvermə yolu ilə 11-dən 1-i finala keçəcək. Azərbaycanın “Eurovision-2011” müsabiqəsindəki təmsilçisi həmin o, 7 nəfər arasından seçiləcək. Çingiz Mustafayev, Nurlan Növrəsli, Günay İbrahimli, Arzum Xəlilova, Nikola Barklay artıq finala vəsiqə qazanan ifaçılardandır.