Aynişan "O səs Türkiyə"dən sonra ilk dəfə oxudu - VİDEO

Aynişan "O səs Türkiyə"dən sonra ilk dəfə oxudu - VİDEO
MAQAZİN
13:44 08.02.2017
5687
Azərbaycanın əməkdar artisti Aybəniz Haşımova ailə üzvləriylə ATV-də yayımlanan "10-dan sonra" verilişində qonaq olub.
 
AZXEBER.COM xəbər verir ki, verilişdə müğənninin övladı Aynişan Quliyeva da iştirak edib. Aynişan canlı yayımda uzun fasilədən sonra ifa edib.
 
Aparıcı Yusif Ağayevin xahişini yerə salmayan gənc ifaçı sözləri Qənirə Paşayevaya, musiqisi Oqtay Kazımiyə məxsus olan "Ağla, mənim üçün, bu şəhər, bu sən" mahnısını canlı ifa edib.
 
Qeyd edək ki, Aynişan Türkiyənin nüfuzlu universitetlərindən olan Bahçeşehir Universitetində magistr təhsili alır. O bu yaxınlarda qardaş ölkədə diplomunu müdafiə edib.
 
Aynişanın ifasını təqdim edirik:

OXŞAR XƏBƏRLƏR