Aynişan Quliyeva: 'Yaxşı ki, anam uşaqlıqda məni çox sıxıb'
MAQAZİN
12:26 26.07.2012
6095
Aynişan Quliyeva etiraf edib ki, Aybəniz Haşımovanın qızı olmaq heç də çətin deyil. Baxmayaraq ki, anası ona çoxlu məhdudiyyətlər qoyur.AZXEBER.COM Day.Az saytına istinadən xəbər verir ki, bu barədə müğənni Lider telekanalında yayımlanan "Solo" verilişində bildirib. "Ancaq o heç vaxt mənim geyimimə qarışmayıb. Deməyib ki, necə geyinmək lazımdır. Yaxşı ki, anam uşaqlıqda məni çox sıxıb və indi mən özümü necə aparmağı yaxşı bilirəm. Əgər o məni dəcəl uşaq kimi böyütsəydi, mən özümü tapa bilməzdim. Hara gedirəmsə, hansı kollektivdə işləyirəmsə, mənə hörmətlə yanaşırlar. Bu mənim anamın xidmətləridir", - o əlavə edib.