Aynişan söz verdi: “Məndən yenilik gözləməkdə davam edin” – FOTOLAR

Aynişan söz verdi: “Məndən yenilik gözləməkdə davam edin” – FOTOLAR
MARAQLI
10:59 17.09.2011
4443

Azərbaycanın əməkdar artistiAybəniz Haşımovanın yeganə qız övladıAynişan Quliyevasənətçi olmağın ona qazandırdığı uğurlardan danışıb.Trend-ə açıqlamasında səmimi etiraflar edən gənc müğənni, səhnə üçün doğulduğundan da söhbət açıb. “Həyatımda hər şey gözəldir. Ona görə ki, başda anam olmaqla sevdiyim insanların dəstəyini hər an hiss edirəm. Məndən tələb olunan ancaq oxumaqdır. Və yaradıcılığımda qarşıma çıxa biləcək problemləri həll etmək də mənlik olmur. Məhz buna görə də məni bəxti gətirən müğənni anlandırmaq olar. Pərəstişkarlarım məndən yenilik gözləməkdə davam etsinlər. İnşallah, yeni mövsümdən bir sıra maraqlı layihələrlə onları sevindirməyə çalışacağam”, - Aynişan deyib. Sənətçi qızı xoşbəxt olduğunu göstərmək üçün fotokameranın önünə keçməyi də unutmayıb.

OXŞAR XƏBƏRLƏR