Gənc müğənni Aynişan Quliyeva və Dj Çinanın maraqlı jestləri, ayaqüstü söhbətləri diqqət çəkib. Belə ki, Milli.Az xəbər portalının fotokamerasına tuş gələn Aynişan Quliyeva və DJ Çina maraqlı görüntülərə səbəb olublar. Dünən “Azəri top-model” müsabiqəsində iştirak edən cütlük reklam fasiləsindəki söhbətləri və söhbət əsnasındakı maraqlı jestləri orada olan insanların marağında idi. DJ Çinadan şirin söhbətlərinin nə haqda olduğunu soruşduq: “Yaradıcılıqla və işlə bağlı danışırdıq” - deyə, DJ Çina cavab verdi.Hər halda, bu DJ Çinanın fikiri idi. Yəqin ki, gələcəkdə müğənni və DJ-in ortaq işbirliyinə şahid olacağıq...