8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Əlizadə Aysel Alim qızının seçiciləri ilə görüşləri davam edir. 9-cu mkr. Mir Cəlal küçəsi 103 ünvanında yaşayan sakinlər diqqətə çatdırıb ki, yaşadıqları binanın zirzəmisi illərdir su içindədir. A.Əlizadə sakinlərlə birgə zirzəmidəki vəziyyətlə tanış olub və qeyd edib ki, məsələnin kökündən həllinə ciddi ehtiyac var.
Daha bir görüş 8-ci mkr. İbrahimpaşa Dadaşov küç. 71 Q ünvanında olub. Görüşdə sakinlər bildiriblər ki, yaşadıqları binanın qəza vəziyyətində olması çox narahat edir. Binada istilik sisteminin olmaması da soyuq aylarda sakinlərin sağlamlığına ciddi təsir göstərir. Görüşdə həmçinin seçiciləri maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
A.Əlizadə seçki dairəsinin ən yaşlı sakini 101 yaşlı Gülüstan nənə ilə də görüşüb. Gülüstan nənə xanım namizədə xeyir-dua verib, uğurlar arzulayıb.
Aysel Əlizadənin seçki qərargahı








