Aysel Əlizadəni sual atəşinə tutdular - FOTOLAR

Aysel Əlizadəni sual atəşinə tutdular - FOTOLAR
Bütün Xəbərlər
01:14 21.10.2015
1564

8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Əlizadə Aysel Alim qızının təşviqat kampaniyası davam edir. Öncədən təsdiq olunmuş plana əsasən, bu gün A.Əlizadənin seçicilərlə növbəti görüşü keçirilib.

Xanım namizəd görüş iştirakçıları üçün ölkə ziyalılarının onun namizədliyinə dəstək müraciətini səsləndirib.Xatırladaq ki, bir neçə gün öncə ölkənin nüfuzlu ziyalıları bəyanat imzalayaraq, 8 saylı Binəqədi birinci seçki dairəsində seçiciləri A.Əlizadəyə səs verməyə çağırıblar və bu müraciət mətbuatda işıqlandırılıb.

Görüşdə A. Əlizadə seçicilərinə öz platforması ilə bağlı geniş məlumat verib.

Daha sonra seçicilər onları narahat edən problemlərdən danışıblar.

Xanım namizəd görüş iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

Sonda Aysel Əlizadə seçiciləri üçün müəllifi olduğu kitabları imzalayıb.

OXŞAR XƏBƏRLƏR