Aysel Fərziyeva AQTA-dan ayrıldı

Aysel Fərziyeva AQTA-dan ayrıldı
SOSİAL
14:21 02.11.2022
234
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin media məsələləri üzrə köməkçisi, qurumun mətbuat katibi Aysel Fərziyeva işindən ayrılıb.

AZXEBER.COM xəbər verir ki, o, tutduğu vəzifədən öz xahişi ilə ayrılıb. A.Fərziyeva bu barədə sosial şəbəkə hesabında yazaraq məlumatı təsdiqləyib.

2018-ci ildən Qida Təhlükəsizliyi Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri, Qida Təhlükəsizliyi İnstitutu PHŞ-nin İctimaiyyətlə əlaqələr departamentinin müdiri olan jurnalist daha sonra Agentlik sədrinin media məsələləri üzrə köməkçisi vəzifələrində çalışıb.

Günel
OXŞAR XƏBƏRLƏR