2009-cu ildə üçüncülük qazanmış A. Teymurzadə və 2010-cu ildə beşincilik əldə etmiş S. Əlizadə builki təmsilçilərlə öz təcrübələrini bölüşmək niyyətindədirlər. Hər iki təmsilçi Eldar Qasımov və Nigar Camala Azərbaycana qələbə ilə dönməyi arzulayıblar.
Qeyd edək ki, E. Qasımov və N. Camal Azərbaycanı Düssledorf səhnəsində isveçli bəstəkarlara məxsus olan “Running Scared” mahnısı ilə təmsil edəcəklər. Təmsilçilər mayın 10-da keçiriləcək I yarımfinalda finala çıxmaq uğrunda mübarizə aparacaqlar.