Aysundan işdən çıxarılan baş həkimə: "Haramçılığa göz yummayın"

Aysundan işdən çıxarılan baş həkimə: "Haramçılığa göz yummayın"
MAQAZİN
16:47 08.05.2018
5038
Müğənni Aysun İsmayılova 1 saylı körpələr evinin baş həkimi Nəhayət Əliyevanın işdən kənarlaşdırılması xəbərinə münasibət bildirib. 

AZXEBER.COM məlumatına görə, Aysun Instagram hesabında paylaşım edib və bunları yazıb: 

"Allaha dua etməyi, şükr etməyi unutmayın. Hər zaman halal çörək yeyin. Haramçılığa göz yummayın. ️Allahdan başqa heç kimdən qorxmayın. Üreyiniz Allahla bir olsa, Allah hər zaman sizin yanınızda olar. Hər günümüz üçün çox şükür Allahım".

Qeyd edək ki, Bakının Nəsimi rayonunda yerləşən 1 saylı körpələr evi ətrafında yaranan qalmaqaldan sonra müsəssisənin baş həkimi Nəhayət Əliyeva işindən kənarlaşdırılıb. 
 

Körpələr evi ətafında yaranan qalmaqallı hadisədən sonra baş həkim işdən çıxarılıb və onun səlahiyyətlərini müvəqqəti olaraq müavini icra edir. 


OXŞAR XƏBƏRLƏR