Aytac Babayevanın qatilindən yeni xəbər

Aytac Babayevanın qatilindən yeni xəbər
Bütün Xəbərlər
16:45 04.09.2015
7362

Sevgilisi Aytac Babayevanı öldürməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü İzzət Hüseynovun cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində bu günə təyin olunan məhkəmə iclası təxirə düşüb.

AZXEBER.COM-un məlumatına görə, təqsirləndirilən şəxs İzzət Hüseynovun vəkili məhkəmədə iştirak edə bilmədiyinə görə məhkəmə təxirə düşüb.

Məhkəmə baxış iclası sentyabr ayının 11-nə təyin olunub. 

Qeyd edək ki, məhkəmə iclası hakim Ramella Nəsrullayevanın sədrliyi ilə keçirilir. 

Xatırladaq ki, bu ilin aprelin 29-da Bakının Nizami rayonunda 58 saylı orta məktəbin 11-ci sinif şagirdi Babayeva Aytac 1995-ci il təvəllüdlü Hüseynov İzzət Natiq oğlu tərəfindən xüsusi qəddarlıqla qətlə yetirilib.

OXŞAR XƏBƏRLƏR