AZXEBER.COM xəbər verir ki, Aytən Səfərova Zaur Baxşəliyevanın "Bizimləsən" verilişində qonaq olub.
O yeni iş yeri haqda da danışıb. Aparıcı deyib ki, zər qədrini zərgər bilər: Bizdə yaxşı söz var ki, "zər qədrini, zərgər bilər". Və mən çox sevinirəm ki, teleməkanın zərgərləri ATV-nin rəhbərliyində oturub. Yaxın zamanlarda möhtəşəm layihə ilə ATV-də olacam".
Xatırladaq ki, Aytən Səfərova uzun illər ANS TV-də çalışıb və son olaraq ANS-də "Salam Azərbaycan" verilişinin aparıcısı olub.