Ayxan Hacızadə Paşinyana cavab verdi: “Bu, təmiz təxribatdır və erməni tərəfinin manipulyasiyasıdır”

Ayxan Hacızadə Paşinyana cavab verdi: “Bu, təmiz təxribatdır və erməni tərəfinin manipulyasiyasıdır”
SİYASƏT
23:26 26.07.2023
316
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti idarəsinin rəisi, mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağa göndərilən yükün guya "həyati əhəmiyyət kəsb edən ərzaq malları” olmasına dair paylaşımına cavab verib.

Bu barədə XİN sözçüsü "Twitter”də yazıb:

"Bu, təmiz təxribatdır və erməni tərəfinin manipulyasiyasıdır. Azərbaycanın suveren ərazilərinə "humanitar yardım” adı altında və Azərbaycanın razılığı olmadan avtomobil karvanlarının göndərilməsi onun ərazi bütövlüyünə və suverenliyinə qəsddir”.
 
OXŞAR XƏBƏRLƏR