Bosniya və Hersoqovinanın Sarayevo şəhərində 23 yaşadək olan gənclər arasında Avropa Çempionatın ikinci günündə Orxan Hacıağalı (-66kq) və Nadir Babayev (-73 kq) çəki dərəcələrində tatami üzrəinə çıxıblar.
Nadir Babayev Avropa Çempionatında 3–cü yerə çıxma şansını əldən verdi.
Belə ki, Nadir Babayev (-73 kq) ardıcıl olaraq Modaviya və Çexiya təmsilçilərini məğlub etsə də, üçüncü qarşılaşmasında İtaliya idmançısına məğlub oldu. Lakin Avropa çempionatının bürünc medalını qazanmaq şansını əldə edən Nadir, bu yolda iki təsəlliverici görüşdə qələbə qazanmalı idi.
Nadir üçüncü yerə çıxmaq üçün birinci təsəlliverici görüşdəcə Portuqaliya idmançısı Alves Andreyə yuko xalı ilə uduzaraq Qitə birinciliyinin 7-cisi olub.
Digər çüdoçumuz Rüstəm Alimli (-81 kq) ilk qarşılaşmasında Almaniya idmançısına uduzaraq mübarizədən kənar qalıb.
Xatırladaq ki, sabah cüdoçularımızdan Sain Məmmədov (-90 kq) və Elmar Qasımov (-100 kq) Avropa Çempionatının son günündə qüvvəsini sınayacaq.